


Yağ inyeksiyası, estetik və rekonstruktiv məqsədlərlə bədəndən alınan yağ toxumasının üz, bədən və digər nahiyələrə yeridilməsini təmin edən bir prosedurdur. Lipofillinq, yaşlanma və incəlmə ilə üzün və ya bədənin təbii dolğunluğunu itirmiş bölgələrində cavan və təbii görünüş yaratmaq üçün ideal bir üsuldur. Bu prosedurun əsas üstünlüyü pasiyentnin öz toxumasından istifadə olunaraq ən təbii nəticələrin əldə olunmasıdır.
Yağ İnyeksiyası (Lipofillinq) nədir?
Lipofillinq və ya yağ inyeksiyası, pasiyentin öz yağ toxumasının bədənində dolğunlaşdırılmaq istənilən başqa bir hissəyə yeridilməsidir. Estetik və rekonstruktiv cərrahiyyədə istifadə olunan bu prosedur daha çox üz və bədən bölgələrində dolğunluq təmin etmək, incə xətləri aradan qaldırmaq və ümumi görünüşü təkmilləşdirmək məqsədilə tətbiq edilir. Lipofillinq zamanı pasiyentin öz yağ toxumasından istifadə edildiyi üçün uyğunsuzluq riski çox aşağıdır.
Yağ inyeksiyası prosedurunun tarixi və inkişafı
Yağ inyeksiyası prosedurunun tarixi çox qədimə gedib çıxır, lakin 20-ci əsrin sonlarından etibarən texnologiyanın inkişafı ilə daha təhlükəsiz və təsirli bir prosedur halına gəlib. İlk dəfə 1980-ci illərdə daha geniş yayılmağa başlayan lipofillinq, estetik cərrahiyyədə böyük dəyişikliklərə səbəb olub. Bugün lipofillinq xüsusi texnologiyalar vasitəsilə həyata keçirilir və nəticələr daha uzunmüddətli və təbii olur.
Yağ inyeksiyasının tətbiq sahələri
Yağ inyeksiyası pasiyentin ehtiyaclarına uyğun olaraq üz, bədən, əllər, sinə, dodaqlar, yanaqlar və digər nahiyələrə tətbiq oluna bilər. Hər bir sahə üçün fərqli məqsədlərlə istifadə edilən bu prosedur həm incə qırışların aradan qaldırılması, həm də bədənin dolğunlaşdırılması üçün ideal bir seçimdir.
- Üz. Üzə yağ inyeksiyası, yaşlanmaya bağlı olaraq itirilmiş dolğunluğu geri qaytarmaq üçün geniş istifadə olunur. Bu prosedur alın, yanaqlar, çənə və göz ətrafında tətbiq edilir, bu isə üzün gənc və parlaq görünməsini təmin edir. Üzdə yağ inyeksiyası təbii və minimal invaziv üsul kimi geniş şəkildə populyardır.
- Dodaq. Daha dolğun və təbii görünən dodaqlar üçün lipofillinq xüsusi olaraq tətbiq edilir. Dodaqların dolğunlaşdırılması məqsədilə pasiyentnin öz yağ toxuması yeridilir ki, bu da sintetik dolğulardan fərqli olaraq daha uzunmüddətli və təbii görünüş yaradır.
- Yanaq. Yanaq bölgəsinə yağ inyeksiyası və ya digər bilinən adıyla yanaq lipofillinqi, yanaqlarda dolğunluq və üz konturlarını formalaşdırmaq üçün ən ideal üsullardan biridir. Yaşlanma ilə yanaqlar incələ bilər, lipofillinq yanaqları dolğunlaşdıraraq simmetriya yaradır və üzün konturunu gücləndirir.
- Bədən. Bədən nahiyəsində yağ inyeksiyası qarın, sinə, bud və ya digər bölgələrə dolğunluq təmin etmək üçün tətbiq edilir. Bu nahiyələrə lipofillinq vasitəsilə dolğunluq verilir və bədənə formalaşdırılmış bir görünüş qazandırılır.
Yağ inyeksiyasının üstünlükləri
Yağ inyeksiyasının bir çox üstünlüyü vardır, ən başlıcası pasiyentin öz yağ toxumasından istifadə edildiyi üçün təbii görünüşün təmin olunmasıdır. Prosedur minimal invaziv olduğundan, pasiyentlərə əlavə bir risk yaratmadan istədikləri bölgəyə dolğunluq və estetik görünüş qazandırır.
- Təbii görünüş: Lipofillinq zamanı pasiyentnin öz toxumasından istifadə edilir ki, bu da nəticələrin təbii görünməsinə səbəb olur.
- Uzunmüddətli təsir: Yeridilən yağın bir hissəsi bədəndə qalıcı olur, bu da uzun müddət davam edən bir nəticə yaradır.
- Allergiya riski aşağıdır: Pasiyentnin öz toxumasından istifadə olunduğu üçün bədənin uyğunsuzluq və allergik reaksiya göstərməsi ehtimalı çox aşağıdır.
- Bərpa prosesi qısadır: Lipofillinq əməliyyatından sonra bərpa prosesi adətən qısadır və pasiyent gündəlik fəaliyyətlərinə tezliklə qayıda bilər.
Yağ inyeksiyasının riskləri və mənfi təsirləri
Yağ inyeksiyası proseduru əsasən təhlükəsiz olsa da, hər cərrahi əməliyyat kimi müəyyən risklər daşıyır. Bu risklər təcrübəli cərrah tərəfindən icra edildikdə minimuma ensə də, hər bir pasiyent əməliyyatdan əvvəl bu təsirlər barədə məlumatlı olmalıdır.
- İnfeksiya Riski: Prosedur sonrası infeksiya riski az da olsa mövcuddur. Cərrahın təlimatlarına uyğun olaraq gigiyena qaydalarına riayət etmək bu riski minimuma endirir.
- Yağın Sorulması: Yeridilən yağ toxumasının bir hissəsi bədən tərəfindən sorula bilər ki, bu da nəticələrin azalmasına səbəb ola bilər.
- Şişkinlik və Qızartı: Əməliyyatdan sonra əməliyyat bölgəsində şişkinlik və qızartı müşahidə edilə bilər. Bu hallar adətən bir neçə gün ərzində azalır.
- Qeyri-Bərabərlik: Yağın qeyri-bərabər şəkildə yerləşdirilməsi ilə nəticələrdə qeyri-bərabərlik müşahidə edilə bilər. Təcrübəli plastik cərrah tərəfindən icra edilən lipofillinq bu riski minimuma endirir.
Yağ inyeksiyası əməliyyatının mərhələləri
Yağ inyeksiyası əməliyyatı bir neçə əsas mərhələdən ibarətdir. Əvvəlcə, cərrah pasiyentin bədənindən (qarın, bud və ya bel kimi bölgələrdən) yağ toxumasını alır. Daha sonra alınan yağ xüsusi bir prosesdən keçərək təmizlənir və hazır vəziyyətə gətirilir. Bu təmizlənmiş yağ lazımi bölgəyə yeridilir. Lipofillinq prosedurunun hər mərhələsi diqqətlə icra olunur ki, pasiyent maksimum təbii və estetik nəticə təmin olunsun.
Yağ inyeksiyası kimlərə icra oluna bilər?
Yağ inyeksiyası, estetik məqsədlərlə üz və ya bədən nahiyələrində dolğunluq və simmetriya təmin etmək istəyən şəxslər üçün ideal bir seçimdir.
Yağ inyeksiyası aşağıdakı şərtləri ödüyən şəxslərə icra oluna bilər:
- Ümumiyyətlə sağlam olanlara
- Bədənində kifayət qədər yağ toxumasına malik olanlara
- Sintetik dolğulara həssas olanlar və təbii dolğunluq istəyənlərə
- Əməliyyat sonrası bərpa prosesini götürə biləcək vəziyyətdə olanlara
Lipofillinq yəni yağ inyeksiyası, yaş və cinsiyyətdən asılı olmayaraq 18 yaşdan yuxarı şəxslərə tətbiq oluna bilər.
Yağ inyeksiyası sonrası – Bərpa prosesi
Yağ inyeksiyası sonrası əməliyyat olunan bölgədə müəyyən bir müddət ərzində şişkinlik, qızartı və narahatlıq ola bilər. Bu simptomlar adətən bir neçə gün ərzində azalır və pasiyent normal həyatına qayıdır. Tam bərpa prosesi fərddən asılı olaraq bir neçə həftə çəkə bilər. Bərpa müddətində cərrahın tövsiyələrinə əməl edilməsi, daha sürətli sağalmağa kömək edir.
Yağ inyeksiyası nəticəsinin davamlılığı
Yağ inyeksiyası uzunmüddətli təsir göstərən bir prosedurdur. Bədənə yeridilən yağ toxumasının bir hissəsi bədəndə qalıcı olur, bu isə nəticələrin illər boyu davam etməsinə imkan verir. Ancaq yeridilən yağın bir hissəsi təbii şəkildə sorula bilər, buna görə bəzi hallarda nəticələrin saxlanılması üçün təkrarlanan prosedurlar tətbiq oluna bilər.
Yağ inyeksiyası haqqında ən çox soruşulan suallar
Yağ inyeksiyası proseduru ağrılıdırmı?
Yağ inyeksiyası adətən lokal və ya ümumi anesteziya altında aparıldığı üçün əməliyyat zamanı ağrı hiss olunmur. Əməliyyatdan sonra isə minimal narahatlıq hissi ola bilər, lakin bu qısa zamanda azalır.
Yağ inyeksiyası təhlükəsizdirmi?
Bəli, yağ inyeksiyası proseduru təcrübəli cərrah tərəfindən icra edildikdə çox təhlükəsizdir. Pasiyentnin öz yağ toxuması istifadə edildiyi üçün uyğunsuzluq və allergik reaksiya riski yoxdur.
Yağ inyeksiyası sonrasında gündəlik fəaliyyətə nə vaxt qayıda bilərəm?
Adətən, əməliyyatdan 2-3 gün sonra yüngül gündəlik fəaliyyətlərə qayıtmaq mümkündür. Tam bərpa müddəti isə fərddən asılı olaraq 1-2 həftə çəkə bilər.
Yağ inyeksiyasının nəticəsi nə qədər qalır?
Yağ inyeksiyasının nəticələri adətən uzunmüddətli olur, lakin yağın bir hissəsi bədən tərəfindən sorula bilər. Ümumən, prosedurun təsiri illər boyu davam edir.
Yağ inyeksiyası hansı yaş qrupuna tətbiq edilir?
Yağ inyeksiyası, 18 yaşdan yuxarı olan və ümumi sağlamlığı yerində olan hər kəsə tətbiq edilə bilər.
Nəticə
Yağ inyeksiyası digər adıyla Lipofillinq, estetik cərrahiyyədə təbii, uzunmüddətli və minimal invaziv bir üsul kimi geniş tətbiq olunan bir prosedurdur. Pasiyentin öz yağ toxumasından istifadə olunması nəticəsində lipofillinq daha təhlükəsiz və uyğunlaşma riski az olan bir metod sayılır.
Təcrübəli bir cərrahın icra etdiyi lipofillinq proseduru ilə təbii və dolğun görünüş əldə etmək mümkündür. Həm üz, həm də bədən nahiyəsində istifadə edilən yağ inyeksiyası proseduru pasiyentlərin daha gənc və təbii görünüş əldə etməsinə kömək edir.